"Zirə" minifutbol üzrə Çempionlar Liqasında 1/4 finala yüksəlib.


Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/8 finalda Monteneqronun "Sbbet" komandası ilə üz-üzə gəlib.


Əsas vaxtı 2:2 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında "Zirə" daha dəqiq olub - 3:1.


Qeyd edək ki, Azərbaycanın digər komandaları "Birbaşa Bakı" 1/8 finalda, "Aznur" isə qrup mərhələsində mübarizəni dayandırıb.