Stolüstü tennisçilər üçün Tiflis sınağı
- 14:00
- 38
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər.
Rekord.az xəbər verir ki, bu gün qonşu ölkəyə yollanan komandanın heyətində Onur Quluzadə, Əliəkbər Mirzəliyev, Cəfər Almədədli, Camal Kərim, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Banu İmanverdizadə, Səidə Qulizadə, Gülnur Kərimli və Alina Miradiyeva yer alıb.
Sözügedən idmançılar milli komandaların baş məşqçiləri Mixail Timofeyev, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə yarışacaqlar.
Sabah start götürəcək beynəlxalq turnirə sentyabrın 30-da yekun vurulacaq.