Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Konqresi keçirilib.


Rekord.az xəbər verir ki, ali şahmat qurumunda rəhbər vəzifələrə seçkilər baş tutub və FIDE-nin yeni prezidenti müəyyənləşib.


Qalib ikinci turda məlum olub və Timur Turlov 110 səslə seçkidə qalib gəlib. O, növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri seçilib.


Digər rəhbər vəzifələrə seçkilər və təyinat da rəsmiləşib. Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.


Qeyd edək ki, AŞF rəhbəri Mahir Məmmədov ilk dəfə 2018-ci ildə FIDE-nin vitse-prezidenti seçilib, 2022-ci ildə isə ikinci dəfə bu vəzifədə işini davam etdirmək imkanı qazanıb.