Formula 2: Rafael Kamara Bakıda qalib oldu
- 13:00
- 34
Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisinə yekun vurulub.
Rekord.az xəbər verir ki, son olaraq ikinci əsas yarış baş tutub.
İkinci dərəcəli pilotların mübarizəsində "İnvicta Racing"dən Rafael Kamara birinci yeri tutub.
"Campos Racing"dən Nikola Tsolov ikinci, "Rodin Motorsport"dan Aleks Dann üçüncü olub.
Ötən gün "Formula 2"də "Dams Lukas Oil" komandasından Dino Beqanoviç sprint, "Rodin Motorsport"dan Aleks Dann birinci əsas yarışın qalibi olmuşdu.
Mübarizə yekunlaşdıqdan sonra ikinci əsas yarışın qalibi mükafatlandırılıb.
Qeyd edək ki, "Formula 1"də əsas yarış bu gün saat 15:00-da start götürəcək.