Gürcüstan millisinin baş məşqçisi istefa verdi
- 16:30
- 36
Villi Sanyol Gürcüstan milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib.
Rekord.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Fransalı mütəxəssis 2021-ci ildən Gürcüstan millisinin baş məşqçisi idi. Onun rəhbərliyi altında komanda tarixində ilk dəfə 2024-cü il Avropa çempionatına vəsiqə qazanıb və turnirin pley-off mərhələsinə yüksəlib.
Milli komandaya yeni baş məşqçi təyin olunub. Ramaz Svanadze 2028-ci ilin sonuna qədər Gürcüstan yığmasına rəhbərlik edəcək.
Svanadze bundan əvvəl Gürcüstanın U-21 millisində çalışıb və komandanı iki dəfə Avropa çempionatının final mərhələsinə çıxarıb.
Qeyd edək ki, Gürcüstan millisi Millətlər Liqasında sentyabrın 25-də Şimali İrlandiyaya evdə 0:1 hesabı ilə uduzub.