“Neftçi”də ikitərəfli oyun
- 21:00
- 33
“Neftçi” növbəti matça hazırlığını davam etdirir.
Rekord.az xəbər verir ki, məşqlər “Palms Sports” Futbol Mərkəzində təşkil olunur.
Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında hazırlaşan komanda üzvləri bu gün ikitərəfli oyun keçiriblər.
Hazırlıq prosesində milli komandaların düşərgəsində olan futbolçular iştirak etmirlər. Əvəzində, B komandadan 6 oyunçu məşqlərə cəlb olunub.
“Neftçi” Misli Premyer Liqasında növbəti matçını oktyabrın 9-da “Sabah”a qarşı keçirəcək. “Palms Sports Arena”da baş tutacaq görüş saat 19:30-da start götürəcək.