UEFA Millətlər Liqasının B Liqasının ilk turu çərçivəsində Polşa millisi öz meydanında Bosniya və Herseqovina yığmasını qəbul edib. 


Rekord.az xəbər verir ki, matç 0:0 hesabı ilə başa çatıb. 


Bosniya və Herseqovina yığmasına dəvət alan “Qarabağ”ın qapıçısı Martin Zlomişliç bu görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və sonadək oynayıb. 


2 illik fasilədən sonra Polşa yığmasına çağırılan “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç isə əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.