Formula 2 üzrə Azərbaycan qran-prisində birinci əsas yarışın qalibi bəlli oldu
- 19:20
- 28
Formula 2 üzrə Azərbaycan qran-prisində birinci əsas yarış başa çatıb.
Rekord.az xəbər verir ki, finişə birinci çatan pilotun adına aydınlıq gəlib.
"Rodin Motorsport"dan Aleks Dann bütün rəqiblərini qabaqlayıb. Onun komanda yoldaşı Martinius Stenşorne ikinci, "Dams Lukas Oil" komandasından Dino Beqanoviç üçüncü yeri tutub.
Xatırladaq ki, ikinci dərəcəli pilotların sprint yarışında "Dams Lukas Oil" komandasından Dino Beqanoviç qalib olmuşdu.
Birinci əsas yarışda kütləvi qəza da baş verib. Bir neçə bolid qəza törədib. Nəticədə qırmızı bayraq qaldırılıb və sessiya müvəqqəti dayandırılıb. "Premma Racing"in iki pilotu Sebastian Montaya və Mari Boya "Formula 2" üzrə Azərbaycan Qran-prisinin birinci əsas yarışından kənarda qalıblar. Montaya start xəttinə gedərkən insident səbəbindən bu halla üzləşib. Boyanın idarə etdiyi boliddə isə problem aşkarlanıb. Onun avtomobili trasda qalıb və təhlükəsizlik maşını tərəfindən çıxarılıb.
Qeyd edək ki, Azərbaycan qran-prisi sentyabrın 26-da başa çatacaq.