“Qəbələ” sabiq futbolçusunu heyətinə qatdı
- 22:20
- 36
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, klub Rafael Utziqlə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Bu haqda “Qəbələ”nin mətbuat xidməti məlumat yayıb.
30 yaşlı braziliyalı vinger daha əvvəl də “Qəbələ”də çıxış edib. O, 2020-2023-cü illərdə komandanın heyətində 94 oyuna çıxıb və 18 qol vurub. O, daha sonra Azərbaycanda “Zirə”də də oynayıb.
Rafael Utziq son olaraq Vyetnamın “Ho Çi Minh Siti” klubunda çıxış edib.