Millimizdən Litva ilə heç-heçə
- 19:00
- 33
Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında ilk oyununa çıxıb.
Rekord.az xəbər verir ki, D Liqasında mübarizə aparan millimiz 2-ci qrupun görüşündə Litva yığmasının qonağı olub.
Kaunas şəhərində baş tutan oyunu Kiprdən olan hakimlər briqadası idarə edib. Bu, millimizin yeni mövsümdəki ilk sınağı idi. Litva yığması isə daha öncə səfərdə Lixtenşteynə 2:0 hesabıyla qalib gəlmişdi.
Kaunasdakı görüşdə hesabı meydan sahibləri açıblar. Amma millimiz az sonra bərabərlik qolunu vura bilib. Qalan dəqiqələrdə hesab dəyişməz qalıb - 1:1.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
27 sentyabr
Litva – Azərbaycan 1:1
Qollar: Armandas Kuçis, 9-pen - Mahir Emreli, 14.
Baş hakim: Menelaos Antoniu (Kipr).
Kaunas. Darius və Girenas adına stadion.
Litva: 23. Djuqas Bartkus, 2. Artemiyus Tutişkinas, 3. Edqaras Utkus, 7. Artur Doljnikov, 10. Armandas Kuçis, 13. Yustas Lasickas (k), 14. Vikintas Slivka, 15. Qvidas Gineitis, 16. Lukas Miçelbrink, 18. Vilius Armalas, 21. Adrian Lickunas.
Ehtiyat oyunçular: 1. Edvinas Gertmonas, 12. Tomas Şvedkauskas, 4. Jiqmantas Baltrunas, 5. Kipras Kazukolovas, 6. Modestas Vorobyovas, 8. Domantas Şluta, 9. Manfredas Ruzqis, 11. Eliyus Yankauskas, 17. Faustas Steponaviçyus, 19. İqnas Venckus, 20. Rokas Lekiatas, 22. Motveyus Burba.
Baş məşqçi: Edqaras Yankauskas.
Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 3. Rüfət Abbasov, 4. Rahil Məmmədov, 6. Abdulla Xaybullayev, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 13. Emil Səfərov, 15. Bədavi Hüseynov (k), 19. Tellur Mütəllimov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rəvan Mirzəmmədov, 5. Anton Krivotsyuk, 7. Toral Bayramov, 8. Emin Mahmudov, 11. Ayxan Hüseynov, 14. Elvin Bədəlov, 16. Oruc Məmmədov, 17. Vüsal İsgəndərli, 18. Cəlal Hüseynov, 21. Rüfət Abdullazadə, 22. Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.