"Liverpul"un baş məşqçisi Yurgen Klopp futbolçusu Məhəmməd Salahı "Bavariya"nın oyunçusu Robert Levandovski ilə müqayisə edib. 

Rekord.az xəbər verir ki, "The Guardian"a açıqlama veren 54 yaşlı mütəxəssis deyib: 

"Salah həmişə eyni səviyyədə oynayır. Buna heç bir şübhə yoxdur. O, qol maşınıdır. Salahın peşəkarlığı heç kimdə şübhə yaratmır. Həmişə yaxşı vəziyyətdə olmaq və doğru yolda qalmaq üçün hər şeyi edir. Bu yanaşma da Levandovskiyə də xasdır. Bir futbolçu üçün bu, çox yaxşıdır. Belə oyunçularla işlədiyim üçün məmnunam"

Qeyd edək ki, Klopp 2010-2014-cü illərdə "Borussiya"yada (Dortmund) Levandovskiyə baş məşqçilik edib.