Azərbaycanın voleybol üzrə məşqçiləri beynəlxalq tədbirdə iştirak ediblər. "Rekord.az" xəbər verir ki, 24-26 sentyabr 2021-ci il tarixlərində Sloveniyanın Kranjska Gora şəhərində keçirilən Avropa Voleybol Konfederasiyası (CEV) Regional Voleybol İnkişaf Mərkəzlərinin xətti ilə FİVB miqyaslı CEV Məşqçilər Konvensiyasına ölkəmizdən Nihad Tarverdiyev, Səbinə Yarməmmədova, Nina Neçay, Yelena Məmmədova qatılıblar. 

Konvensiyada tanınmış voleybol mütəxəssisləri və məşqçiləri 75 ölkədən qatılan iştirakçılara həm nəzəri, həm də praktiki biliklər tədris ediblər. Müxtəlif ölkələrdən dəvət olunmuş 5 təcrübəli voleybol mütəxəssisi tərəfindən keçirilən konvensiyaya ümumilikdə 175-ə yaxın məşqçi qatılıb.

3 gün davam edən konvensiyada əsasən orta məktəb müəllimləri iştirak ediblər. Onların əksəriyyəti aşağı yaş qruplarında məşq keçən mütəxəssislər olub.