Futbol üzrə Azərbaycan Birinci Divizionunda 4-cü tura yekun vurulub.

Rekord.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında MOİK-lə “Sabah”ın əvəzediciləri qarşılaşıb. “Sabah” bu oyunda darmadağına sevinib.

Birinci Divizion
4-cü tur

30 oktyabr

MOİK – Sabah-2 1:4
Qol: Emin Mehdiyev, 90+3 - Kamran Quliyev, 3; 44. Fərid Kərimzadə, 23-pen. Cavid Nəcizadə, 55.
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Teymur Teymurov, Tural Qurbanov.
“ASCO Arena”, 14:00.

Turun əvvəlki günlərdə baş tutan digər oyunlarında qeydə alınan nəticələr:

Qarabağ-2 – Neftçi-2 0:0

Kəpəz – Zaqatala 4:2
 
Keşlə-2 – Turan Tovuz 0:0

Sumqayıt-2 – Qaradağ Lökbatan 1:1