“Zirə”nin sabiq qapıçısı “Şəfa”da
- 16:20
- 35
“Şəfa” yeni futbolçu ilə anlaşıb.
Rekord.az xəbər verir ki, sözügedən klub qapıçı Tyaqo Silvanı heyətinə qatıb.
26 yaşlı futbolçu ilə 2026/27 mövsümünün sona qədər müqavilə imzalanıb.
Qeyd edək ki, portuqaliyalı qolkiper son 3 mövsümü Azərbaycanda - “Zirə”də keçirib. “Benfika”nın yetirməsi olan Tyaqo Silva ölkəsində isə “Vitoriya Gimaraeş”, “Leyşoeş” və “Trofense” klublarının formasını geyinib.