Saatlıda basketbol üzrə region birinciliyi keçirilib
- 10:30
- 28
Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı, Saatlı OİK-in dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş məktəblilər arasında region birinciliyi keçirilmişdir.
Rekord.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Açılış mərasimində Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov çıxış edərək Ulu Öndər Heydər Əliyevin idman sahəsində gördüyü işlərdən danışmış, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısını xüsusi vurğulamışdır.
Daha sonra Regional Təhsil İdarəsinin rəisi Bəhruz Nəbili çıxış edərək məktəblilər arasında idmanın inkişafının vacibliyini vurğulamış, sağlam həyat tərzinin formalaşdırılmasında bu cür yarışların əhəmiyyətini qeyd etmişdir.
Yarışın əsas məqsədi məktəblilər arasında idmanın inkişaf etdirilməsi, sağlam həyat tərzinin təbliği və basketbol idman növünə marağın artırılması olmuşdur. Birincilikdə regionu təmsil edən komandalar iştirak edərək maraqlı və gərgin mübarizə şəraitində çıxış etmişlər.
Yekun nəticələrə əsasən:
I yer – Beyləqan şəhər Elbrus Bayramov adına Təbiət və Humanitar fənlər təmayüllü lisey
II yer – Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi
III yer – İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi
Fəal iştirak – Saatlı rayonu Osman Mirzəyev adına Şirinbəyli kənd tam orta ümumtəhsil məktəbi
Yarışın sonunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplom və mükafatlarla təltif olunmuşlar.