Ölkə futbolundakı qeyri-müəyyənlik davam edir. Premyer Liqanın bərpa olunub-olunmayacağı hələ də naməlum olaraq qalır.

Rekord.az-a daxil olan məlumata görə, klublar arasında kəskin fikir ayrılığının olması da AFFA-nı çətin vəziyyətdə qoyub.

Belə ki, bəziləri mövsümün bərpasını, bəziləri isə ləğvini istəyir. Konkret olaraq, "Səbail" və "Sumqayıt" rəhbərliyi çempionatın ləğvini və yeni mövsümə hazırlığın tərəfdarıdır. "Qəbələ" və "Zirə" isə israrla çempionatın bərpasını istəyir və federasiyaya bununla bağlı öz fikirlərini çatdırıblar. "Qarabağ", "Neftçi", "Keşlə" və "Sabah" isə daha çox neytral mövqe nümayiş etdirir. Yəni hansı qərar verilsə onunla razılaşacaqlar.