“Neftçi” 1/4 finala yüksəldi
- 18:30
- 31
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində 1/4 finala yüksəlib.
Rekord.az xəbər verir ki, "ağ-qaralar" B qrupunda keçirdiyi hər iki matçda qələbə qazanıb.
Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Polşanı 22:14, Çini isə 19:17 hesabı ilə üstələyib.
Azərbaycan təmsilçisi 1/4 final oyununda sabah Bakı vaxtı ilə saat 12:15 də Monqolustan yığması ilə qarşılaşacaq.
Xatırladaq ki, turnirə mayın 8-də yekun vurulacaq.