“Əcnəbi məşqçilər hakimlərin üzərində təzyiq yaradır” – Rəşad Sadıqov
- 20:20
- 32
"Zirə" bu gün Misli Premyer Liqasının 6-cı turunda "Turan Tovuz"un qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra "qartallar"ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.
Sadıqov 0:1 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:
"Futbolçularıma təşəkkür etmək istəyirəm. "Turan Tovuz"la oynamaq həmişə çətindir. Mən bu gün komandamı məğlub görmürəm.
Hakimliyə gəlincə, Rəvan Həmzəzadə Amil Seydiyevin epizodunda da cərimə zərbəsi təyin etməməli idi. Bizim də bir çox epizodlarımız oldu, amma qayda pozuntusu qeydə almadı. Bundan əlavə vaxt da artıq bitmişdi. Son dönəmlər ümumiyyətlə əcnəbi məşqçilər hakimlərin üzərində təzyiq yaradır. Amma ümid edirəm ki, bizim hakimlər bu təzyiq altına düşməyəcək. Bəyanat yaymağa qalsa, biz də bunu edərik. Bəyanat vermək rəhbərliyin verə biləcəyi qərardır. Altı ildir ki, mən bu komandadayam, ən çox səhvlər bizə qarşı olur. Bu gün deyək ki, nəticəyə səhv edən hakim qərarları oldu. Deyəcəklər ki, nə etdi hakim? Penalti verdi, yoxsa başqa nə etdi? Halbuki, yersiz cərimə zərbələri təyin etməsi sonda da qolla nəticələndi.
Biz bu gün uduzmamışıq. Amma oyunun gedişatından hiss edirdim ki, biz bu gün meydandan xalla ayrıla bilməyəcəyik”.