Millimiz Çexiyaya qarşı
- 12:20
- 28
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək.
Rekord.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçi olduğu kollektiv Bakıda Çexiya ilə üz-üzə gələcək.
"Bank Respublika Arena"da keçiriləcək görüşə saat 17:45-də start veriləcək. Oyunu irlandiyalı FIFA referisi Aaron Odoud idarə edəcək.
Qeyd edək ki, U-21 seçmə mərhələdə növbəti matçlarını sentyabrın 30-da səfərdə Şotlandiya, oktyabrın 6-da evdə Cəbəllütariq yığmalarına qarşı keçirəcək.