Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.


"Report"un məlumatına görə, kişilərdən ibarət komanda 9-cu turda Ermənitanla üz-üzə gələcək.


Qadınlar isə Çexiyadan olan rəqibləri ilə qarşılaşacaqlar.


8 turdan sonra kişilərdən ibarət kollektiv 13 xalla 5-ci, qadınlardan ibarət yığma isə 11 xalla 21-ci pillədə qərarlaşıb.


Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.