Azərbaycanın şahmat hakimi FİDE-nin xüsusi mükafatına layiq görülüb
- 14:40
- 34
Beynəlxalq dərəcəli hakim Ülkər Umudova Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən xüsusi mükafata layiq görülüb.
Bu barədə Rekord.az-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən bildirilib.
Şahmatın inkişafına verdiyi töhfələrə görə xüsusi mükafat Ü.Umudovaya Səmərqənddə keçirilən və məqsədi qadınların şahmatdakı rolunun artırılmasına yönələn "Beyond the Board: Women, Innovation and the Business of Chess" toplantısında təqdim olunub.