"Birbaşa Bakı" və "Zirə" komandaları İspaniyanın Kambrils şəhərində təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında bu gün 1/8 final mərhələsində mübarizəyə başlayacaqlar.


Rekord.az xəbər verir ki, "Birbaşa Bakı" İngiltərənin "Bukovina Badeuti" komandası ilə üz-üzə gələcək.


Qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də start götürəcək.


"Zirə" isə Monteneqro təmsilçisi "Sbbet"lə görüşcək. Bu görüş isə saat 16:00-da başlayacaq.


Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən digər komanda "Aznur" qrup mərhələsini keçə bilməyərək mübarizəni dayandırıb.