Yarımfinal oyunlarında quru hesab qeydə alındı
- 19:41
- 38
Qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal oyunları start götürüb. "Rekord.az" xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində "Gəncə" - "Turan" və "Milli Aviasiya Akademiyası" - "DH Volley" qarşılaşmaları baş tutub.
İlk olaraq meydana "Gəncə" və "Turan" komandaları çıxıblar. İki qərb təmsilçisinin görüşündə Tovuz klubu quru hesabla qalib gəlib.
Növbəti oyun "Milli Aviasiya Akademiyası" - "DH Volley" klubları arasında baş tutub. 3 set davam edən bu matçda sevinən tərəf "DH Volley" olub.
Qeyd edək ki, aprelin 11-də "Milli Aviasiya Akademiyası" və "DH Volley", aprelin 13-də isə "Turan" və "Gəncə" komandaları cavab oyununa çıxacaqlar. "DH Volley" və "Turan" qalib gələrlərsə, finala yüksələcəklər. Əks təqdirdə qızıl setə ehtiyac yaranacaq.
Yüksək Liqa
8 aprel
Yarımfinal (İlk oyunlar)
"Gəncə" - "Turan" 0:3 (22:25, 12:25, 13:25)
"Milli Aviasiya Akademiyası" - "DH Volley 0:3 (22:25, 19:25, 19:25)