"Sabah" "Ordu"ya qalib gəldi
- 17:30
- 37
Azərbaycan Basketbol Liqasında çıxış edən "Sabah" və "Ordu" komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Rekord.az xəbər verir ki, son ölkə çempionu qarşılaşmadan qalib ayrılıb.
"Sabah" rəqibini 96:79 hesabı ilə üstələyib.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk qarşılaşmasında "Sabah" ötən mövsümün gümüş mükafatçısı "LANDAU Lions"la üz-üzə gələcək. Görüş sentyabrın 30-da, saat 19:30-da Bakı İdman Sarayında keçiriləcək.