Norveç tarixində ilk dəfə DÇ-nin 1/8 finalında!
- 30 İyn 2026 23:00
- 42
Futbol üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, 1/16 finalın növbəti oyununda Norveç və Kot d'İvuar yığmaları qarşılaşıb.
Dallas stadionunda keçirilən matçda avropalılar 2:1 hesablı qələbəyə seviniblər.
Norveç komandasında Antonio Nusa (39) və Erlinq Haland (86) fərqləniblər. Afrikalıların heyətində isə Amad Diallo (74) adını tabloya yazdırıb.
Tarixində ilk dəfə 1/8 finala yüksələn Norveçin rəqibi Braziliya seçməsi olacaq.