Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini yeniləyib.


Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2723) 23-cü pillədə qərarlaşıb.


Teymur Rəcəbov (2689) 38-ci, Aydın Süleymanlı (2657) 57-ci, Məhəmməd Muradlı (2642) 78-ci, Rauf Məmmədov (2639) 84-cüdür.


Kişi şahmatçıların sıralamasına norveçli Maqnus Karlsen (2823) başçılıq edir.


Qadınlardan Ülviyyə Fətəliyyeva (2440) 24-cü mövqedə yer alıb. Gövhər Beydullayeva (2375) 64-cü, Xanım Balacayeva (2356) 82-ci, Günay Məmmədzadə (2350) 86-cıdır.


Birinci pillədə Çinli Yifan Hou (2596) yer alıb.