Futbol üzrə Fransa superkubokunun qalibi məlum olub.

Rekord.az xəbər verir ki, həlledici matçda son çempion “Lill” və kubokun qalibi olmuş PSJ komandaları üz-üzə gəlib.

Görüş “Lill”in minimal hesablı qələbəsiylə başa çatıb. Matçda yeganə qolu 45-ci dəqiqədə Xeka vurub.

Fransa Super Kuboku
31 iyul

Lill – PSJ 1:0
Qol: Xeka, 45.