"Qarabağ" "Ferentsvaroş"a qarşı UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan əvvəl Macarıstandakı azarkeşlərinə müraciət edib.

Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı dəstəkləmək istəyən fanatlar bu gün saat 18:00-dan 20:00-dək "Groupama Arena"da qonaq tərəfdarlar üçün ayrılmış E sektorunun giriş qapısından bilet ala bilərlər.

Biletin qiyməti 8 avrodur (2850 Macarıstan forinti).

Bu gün baş tutacaq “Ferentsvaroş” - “Qarabağ” matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. İlk oyunda qalib müəyyənləşməyib – 1:1.