"Region Liqası"nın yarımfinalında "Qusar"ı məğlub edən "Cəbrayıl" finala vəsiqə qazanıb.

Rekord.az xəbər verir ki, Şamaxıda keçiriləcək finalda cəbrayıllıların rəqibi "Araz Naxçıvan" olacaq.

Cəbrayıl təmsilçisi bu oyuna çox ciddi hazırlaşır və hətta azarkeşlərinin Bakıdan Şamaxıya yollanması üçün avtobus da ayrılıb. Belə ki, mayın 20-də saat 13:00-da Avtovoğzal metro stansiyasının qarşısına gəlməklə Şamaxıya gedib "Cəbrayıl"a dəstək olmaq olar.