Son günlər Marko Yankoviçin "Qarabağ"dan gedəcəyinə dair söhbətlər yenidən gündəmə gəlib.

Rekord.az xəbər verir ki, Türkiyənin "Çorum" klubunun onu israrla istədiyi bildirilir.

Lakin bizim aldığımız məlumata görə, monteneqrolu futbolçu istənilən halda, mövsümün sonuna kimi Ağdam klubunda qalacaq. Çünki onun 2027-ci ilə qədər müqaviləsi var. Yarımmüdafiəçini heyətinə qatmaq istəyən klub "Qarabağ"a pul ödəməlidir. "Çorum" isə pul ödəmədən Yankoviçə sahib olmaq istəyir. Bu isə keçidi mümkünsüz edir.