Azərbaycan Kubokunun yeni mövsümünün ilk oyun cədvəli açıqlandı
- 17:30
- 33
Azərbaycan Kubokunun 2026/27 mövsümündə I təsnifat mərhələsinin oyun cədvəli məlum olub.
Rekord.az PFL-ə istinadən xəbər verir ki, mərhələnin bütün görüşləri Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanacaq.
7 oktyabr (çərşənbə)
“Qaradağ Lökbatan” – “Şəki”
Lökbatan OİK stadionu, 14:30
“Şəmkir” – “Ağstafa Gəncləri”
Şirvan OİK stadionu, 14:30
8 oktyabr (cümə axşamı)
“Difai” – “Zəngəzur”
Palms Sports Futbol Mərkəzi (IV meydança), 14:00
“Marafon” – “Dinamo”
“Marafon Arena”, 14:30
“Şirvan” – “Kür-Araz”
Şirvan OİK stadionu, 14:30
9 oktyabr (cümə)
“Ağdaş” – “Hypers”
Ağdaş şəhər stadionu, 14:30
Qeyd: 1 oktyabr tarixdə Sabirabad rayonunda yerləşən “Marafon Arena”ya Peşəkar Futbol Liqası tərəfindən yekun təftiş və test oyunu həyata keçirilib. Məhz bu təftişin nəticəsinə uyğun olaraq müvafiq addımlar atılıb. PFL tərəfindən stadionun uyğunluğu təsdiq olunub və “Marafon” klubu ev oyunlarını “Marafon Arena”da keçirəcək.