Mərkəzi arenanın 75 illiyi münasibətilə “Neftçi” – “Spartak” matçı
- 13:30
- 35
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə "Neftçi" (Azərbaycan) və Litvanın "Spartak" (Vilnüs) komandalarının veteranları arasında yoldaşlıq oyunu keçiriləcək.
Bu barədə Rekord.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Qarşılaşma oktyabrın 4-də, saat 12:00-da start götürəcək. Oyun sözügedən arenada baş tutacaq.
Xatırladaq ki, 1951-ci ildə stadionun açılışında bu iki komanda qarşılaşıb.