Azərbaycan şahmatçılarının oktyabr ayı üçün FIDE reytinqi bəlli oldu
- 18:00
- 37
Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün reytinq cədvəlini yeniləyib.
Rekord.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2710) 29-cu pillədə qərarlaşıb.
Teymur Rəcəbov (2689) 38-ci, Aydın Süleymanlı (2679) 41-ci yerdədir. Məhəmməd Muradlı (2662) 53-cü, Rauf Məmmədov (2632) 89-cudur.
Siyahıya norveçli Maqnus Karlsen (2823) başçılıq edir.
Qadınlardan Ülviyyə Fətəliyeva (2395) 55-ci, Gövhər Beydullayeva (2392) 57-ci, Xanım Balacayeva (2357) 83-cü, Günay Məmmədzadə (2348) 93-cü pillədə qərarlaşıb.
Birinci sırada çinli Yifan Hou (2596) yer alıb.