İki oyun təxirə salındı
- 16:40
- 31
Azərbaycan Basketbol Liqasının (ABL) I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb.
Bu barədə Rekord.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
1-ci turun oktyabrın 4-də keçirilməsi planlaşdırılan "Naxçıvan" – "Neftçi" qarşılaşması baş tutmayacaq.
Buna səbəb "Neftçi"nin oktyabrın 6-da FIBA Avropa Kubokunun qrup mərhələsində Yunanıstanda "Mikonos"la qarşılaşmasıdır.
Bundan başqa, 2-ci turun "Gəncə" – "Sabah" oyunu da təxirə salınıb.
Qarşılaşmaların yeni tarixləri barədə əlavə məlumat veriləcək.