Milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Səbail” PFK yoxlama matçı keçirib.


Rekord.az xəbər verir ki, sözügedən komanda “Şimal”la qarşılaşıb.


Binə qəsəbə stadionunda baş tutan qarşılaşmada “Səbail” bu rəqibi üzərində 5:2 hesablı qələbə qazanıb.


“Səbail”in heyətində Yan Said dubl edib, digər qollara isə Eltun Turabov, Peter Agblevor və Kənan Quliyev imza atıb.