UEFA Millətlər Liqasının qrup mərhələsində 3-cü tura start verilib.

Rekord.az xəbər verir ki, bu gün A, B və D Liqalarında ümumilikdə 8 oyun keçirilib.

A Liqasının 2-ci qrupunda Almaniya millisi Serbiyanı qəbul edib, Niderland isə Yunanıstanın qonağı olub. Almanların qələbə qazandığı gündə digər görüşdə heç-heçə qeydə alınıb.

4-cü qrupda Portuqaliya səfərdə Danimarkanı məğlub edib. Norveç isə Uelsə məğlub olub.

UEFA Millətlər Liqası
1 oktyabr

A Liqası, 2-ci qrup

Almaniya – Serbiya - 2:0
Yunanıstan – Niderland - 2:2

Xallar: Yunanıstan - 7, Niderland - 5, Almaniya - 4, Serbiya - 0.

A Liqası, 4-cü qrup

Danimarka – Portuqaliya – 2:4
Uels – Norveç – 2:1

Xallar: Portuqaliya - 6, Norveç - 3, Danimarka - 3, Uels - 0.

B Liqası, 3-cü qrup

İrlandiya – Avstriya - 2:2
İsrail – Kosovo – 0:0

Xallar: Avstriya - 7, Kosovo - 4, İrlandiya - 4, İsrail - 1.

D Liqası, 1-ci qrup

Malta - Cəbəllütariq – 1:1

Xallar: Malta – 4, Cəbəllütariq - 2, Andorra - 1.

D Liqası, 2-ci qrup

Azərbaycan – Lixtenşteyn – 0:0

Xallar: Litva - 4, Azərbaycan - 2, Lixtenşteyn – 1.