“Azərbaycanla heç-heçəyə görə böyük sevinclə geri dönəcəyik”
- 22:39
- 34
Lixtenşteyn millisi bu gün UEFA Millətlər Liqası çərçivəsində D Liqasının 2-ci qrupunda Azərbaycan yığmasının qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra qonaq komandanın baş məşqçisi Konrad Fyunfştyukun mətbuat konfransı keçirilib. Almaniyalı mütəxəssis 0:0 hesabı ilə başa çatan matçı belə şərh edib:
“AFFA-ya təşəkkür etmək istəyirəm. İlk dəfə idi burada olurduq. Qanaqpərvərliyə görə onlara təşəkkür edirəm. Azərbaycan mədəniyyəti ilə tanış olduğumuza görə şadıq.
40 min əhalisi olan bir ölkə kimi bu oyunda biz favorit deyildik. Azərbaycan millisi favorit idi. Bu nəticə bizi sevindirir. 20 milyon dəyəri olan Azərbaycan millisi ilə matçda qazandığımız nəticəyə görə böyük sevinclə geri dönəcəyik.
Bu nəticə hər iki komandaya bir xal qazandırdı. Rəqibin də, bizim də şanslarımız oldu. Biz hər xala sevinirik. Çoxlu şanslarımız oldu, amma biz yenə də özümüzü inkişaf etdirməliyik. Son üç oyundakı nəticələrdən təbii ki, razıyam, inkişaf edirik. Əvvəlki qarşılaşmalarda da fürsətlərimiz oldu. Yenə də, qarşıdakı oyunlara hazırlaşacağıq.
Biz peşəkar komanda deyilik, peşəkar oyunçulardan qurulmamışıq. Oyunçuların çox az hissəsi futbol maaşı ilə dolanırlar. Çoxunun başqa, öz sahələri var. Ancaq bizim də öz oyun planımız var, bunun üzərində çalışırıq”.