Yeni tədris ili başlar-başlamaz futbolumuzda da problemli günlər başladı.

Rekord.az xəbər verir ki, söhbət tələbə futbolçuların məşq və oyunlarda iştirakı ilə bağlıdır.

Ali məktəblər futbolçu tələbələrinə futbol baxımından güzəşt etməyəcəini açıqlayıb. Hətta ixtisası tədris edən İdman Akademiyası da futbolçu tələbələrinə güzəşt etməyəcək. 7 "qayıb"ı olan tələbə imtahanlara buraxılmayacaq. Təhsil Nazirliyi bu il də bununla bağlı güzəşt tətbiq etməməyə qərar verib. Bunun əziyyətini isə daha çox U-19 və əvəzedici çempionatda oynayan futbolçular çəkəcək. Hətta əsas komandaların məşqlərinə cəlb olunan gənclər də məşq səhər saatlarında olduğu təqdirdə bura qatıla bilmir.