“Neftçi” azarkeşlərini İstanbula göndərəcək
- 14:00
- 36
“Neftçi” klubu yeni kampaniyaya start verib. Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
9 oktyabrda “Sabah”la ev oyununa onlayn bilet alıb, biletini stadionun girişində skan edərək, matçda iştirak edən azarkeşlərdən biri İstanbula aviabilet qazanacaq. İlin sonunadək isə hər 3-cü ev oyununda bir azarkeş aviabilet qazanmaq şansı əldə edəcək.
Növbəti aviabilet üçün iştirakçı:
Ardıcıl 3 ev oyununa onlayn bilet almalıdır;
Biletlərini stadionun girişində skan edərək, hər 3 matçda iştirak etməlidir.
Qalib 3-cü oyunun ilk hissəsinin gedişində bütün şərtləri yerinə yetirən iştirakçılar arasından təsadüfi şəkildə seçiləcək. Şəffaflığın təmin olunması üçün qalibin seçilmə prosesinin videosu sosial şəbəkələrin hekayə bölməsində paylaşılacaq.
Qalib olan şəxsə hədiyyə oyunun fasiləsində, meydançada təqdim ediləcək.
Müsabiqədə yalnız onlayn bilet alan azarkeşlər iştirak edə bilər.
Onlayn biletləri:
• bilet.neftchi.az saytından
• “Neftçi PFK” mobil tətbiqindən əldə edə bilərsiniz.