Bakıda üzgüçülük üzrə "İpək Yolu" Dünya Kuboku başlayıb.


Rekord.az xəbər verir ki, ilk olaraq təsnifat seansı start götürüb.


Bu gün yarışın açılış mərasimi və final seansı da gerçəkləşəcək.


Bakı Su İdmanı Sarayında təşkil olunan turnirdə 44 ölkədən 200-dən çox idmançı mübarizə aparır.


Azərbaycanı Fərhad Şirməmmədli, Ramal Sadiqli, Ramil Vəlizadə, Abdurrəhman Rüstəmov, Səid Həmidov, Süleyman İsmayılzadə, Yeqor Maynitski, Oqtay Hüseynov, Amin Oruclu, Anastasiya Qnusina, Mehri Abdurəhmanlı, Fatimə Alkərəmova, Məryəm Cavadova, Anastasiya Boborıkina və Vlastilina Xasyanova təmsil edir.


Xatırladaq ki, Dünya Kuboku oktyabrın 3-də başa çatacaq.