“Bütün məsuliyyət mənim üzərimdədir” - Ayxan Abbasov
- 22:41
- 40
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqası çərçivəsində D Liqasının 2-ci qrupunda Lixtenşteyn yığmasını qəbul edib.
Rekord.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Abbasov qələbə qazanmaq istədiklərini bildirib:
“Qələbə qazanmaq istəyirdik. Bu gün yenə vəziyyətimizi çətinləşdirdik. Çıxış yolumuz son iki oyunda qalib gəlməkdir. Epizodlarımız çox olmadı. Günahkar axtarmayacağıq, bütün məsuliyyət mənim üzərimdədir. Futbolçular vuruşdular.
Bu gün məcbur idik Lixtenşteyni udmağa. Rəqibin heyətinin peşəkar və ya yarıpeşəkar olmasını müzakirə etmirəm.
Müqaviləmin müddəti qışa qədərdir. Biz bura ağır dönəmdə gəldik. Rəhbərlik hansı qərarı verərsə, razıyam. Zaman göstərəcək”.