"Gəncə" TİM və onun yetirmələri
- 11:00
- 36
Bu mövsüm "Kəpəz"in heyətində bir neçə yerli gəncin yer alması diqqət çəkir.
Rekord.az xəbər verir ki, bu gənclərdən ikisi - Raul İsaqovla Şahnur İsmayılov U-20 millisinə də dəvət alıb.
Onlardan başqa, Fərid Kələntərov, Arzu Atakişiyevin də adını çəkə bilərik. Onu da deyək ki, bu futbolçular Təhsil İdman Mərfkəzinin, "Gəncə TİM" komandasının yetirmələridir. Bu futbolçuların inkişafında, ortaya çıxmasında xüsusilə İntiqam Səmədovun böyük əməyi var. İntiqam bəy uzun illərdi Gəncə futboluna, Azərbaycan futboluna xidmət edir. Hazırda "Kəpəz"in kapitanı olan Əli Səmədovun əmisidir və Əli də futbolda ilk addımlarını məhz onun yanında atıb. Əlidən və yuxarıda adları çəkilən dörd futbolçudan başqa, Nizami Səmədov, Ümid Səmədov, Nihat İsaqov, Ruslan Quliyevi də Səmədovun tələbələri hesab etmək olar. Təsadüfi deyil ki, bu yaxınlarda Gəncədə olarkən bizimlə ünsiyyətdə olan əksər valideynlər İlham müəllimdən razılıqlarını bildirdilər, onun ədalətli və dürüst insan olduğunu diqqətimizə çatdırdılar. İlham müəllim özü də bizimlə söhbətində Gəncə futbolundakı potensialdan söz açdı və bildirdi ki, bundan sonra da istedadlı uşaqların tapılıb üzə çıxarılması üçün dayanmadan çalışacaq. O, həmçinin "Gəncə TİM"də çalışan İlham Səmədov, Turan Əliyev və İlkin Verdiyevin əziyyətini qeyd etdi.