2020/21 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK növbəti futbolçunun keçidini reallaşdırıb.

Rekord.az xəbər verir ki, sözügedən klub “Keşlə”dən ayrılan Cavid İmamverdiyevi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belə ki, 2017/18 mövsümündə də bu komandanın şərəfini qorumuş yarımmüdafiəçiylə 1+1 illik müqavilə imzalanıb. İmamverdiyev köhnə-yeni komandasında “22” nömrəli formada çıxış edəcək.

Cavid İmamverdiyev 2017/18 mövsümündə “Sumqayıt”ın bütün oyunlarında (28 oyun, 2350 dəq.) iştirak edib, 6 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. 

Onu da bildirək ki, Cavid karyerası ərzində  “Keşlə”, “Sabah”, “Neftçi”, “Karvan” və “Elazığspor” klublarında çıxış edib. İmamverdiyev U-21 (16 oyun, 3 qol) və əsas millimizin də (11 oyun, 1 qol) formasını geyinib.