Misli Premyer Liqasında VI turun daha iki oyunu bu gün keçiriləcək.


Rekord.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.


Qarşılaşma saat 17:30-da start götürəcək. Bölgə klubu 8 xalla beşinci, paytaxt təmsilçisi 10 xalla dördüncü pillədə qərarlaşıb.


Daha sonra "Sabah" "İmişli"ni sınağa çəkəcək. Bu görüş saat 19:45-də başlayacaq. Ehtiyatda daha bir oyunu olan son ölkə çempionu 12 xalla üçüncü sıradadır. Qonaqlar 4 xalla səkkizinci yerdədir.


Misli Premyer Liqası


I dövrə, VI tur


19 sentyabr


17:30. "Turan Tovuz" – "Zirə"


Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı


VAR: Əli Əliyev


AVAR: Cəmil Quliyev


Hakim-inspektor: İmanxan Sultani


AFFA nümayəndəsi: Asif Əliyev


Tovuz şəhər stadionu


19:45. "Sabah" – "İmişli"


Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov


VAR: Rauf Cabarov


AVAR: Tərlan Talıbzadə


Hakim-inspektor: Feyzulla Feyzullayev


AFFA nümayəndəsi: İlham Əliyev


"Bank Respublika Arena"


Xatırladaq ki, tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı məğlub edib - 1:0.