UEFA 2019/2020 mövsümü üçün ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqlayıb. 

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Bavariya”dan Manuel Noyer və Robert Levandovski, “Mançester Siti”dən isə Kevin de Breyne ən yaxşı futbolçu adına namizəddir. 

“Bavariya”nın baş məşqçisi Hanse Flik, “Leyptsiq”in çalışdırıcısı Yulian Naqelsmann və “Liverpul”dan Yurgen Klopp isə ən yaxşı baş məşqçi adına namizəd olublar. 

Qaliblər oktyabrın 1-də, UEFA Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq.