"Region Liqası"nda çıxış edən Coratın "Cürət" komandası növbəti mövsümdən II Liqada oynamaq niyyətindədir.

Rekord.az xəbər verir ki, Corat təmsilçisi "Sumqayıt"la əməkdaşlıq formatında bu istəyini reallaşdırmaq istəyir.

Komandanın baş məşqçisi Məmmədəli Qəniyev "Sumqayıt"ın əvəzedici, U-19, U-17 komandalarında oynamaq şansı qazanmayan futbolçuları "Cürət"ə cəlb edib onlara oynamaq şansı vermək istəyir. Özünü yaxşı mənada sübut edən futbolçulara isə sonradan yenidən "Sumqayıt"a dönmək imkanı yaradılacaq. "Sumqayıt" rəhbərliyi də özünün oynamaq şansı vermədiyi futbolçuları "Cürət"ə göndərməyin əlehinə deyil.