İmranovla Bayramov DÇ-də mübarizəni dayandırdı
- 14:00
- 35
Azərbaycan cüdoçusu Nizami İmranov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Rekord.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda rusiyalı Ramazan Abdullayevə uduzub.
Eyni çəkidə Turan Bayramov 1/32 finalda Finlandiyadan olan Lukas Sahaya məğlub olub.
Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.