Sabirabadın Bulaqlı kəndində yeni stadion istifadəyə verilib.

Rekord.az xəbər verir ki, stadion kiçik olsa da aşağı liqa oyunlarını keçirmək üçün lazımı şəraiti var.

Təsadüfi deyil ki, II Liqada çıxış edən "Marafon" komandası ev oyunlarını burada keçirəcək. Hətta ölkə kubokunun ilk təsnifat matçı da burada oynanılacaq. Təsadüfi deyil ki, PFL də yeni stadiona baxış keçirib və müsbət rəy verib.