Kamal Umudlu İsveçə yollandı
- 16:15
- 30
FIFA referesi Kamal Umudlu UEFA-dan növbəti dəfə təyinat alıb.
Rekord.az xəbər verir ki, ədalət təmsilçisi bu gün U-21 Avropa çempionatının seçmə mərhələsində keçiriləcək İsveç – Şimali Makedoniya oyununu idarə edəcək.
Ona yan xətt hakimləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Əli Əliyev yerinə yetirəcək.
Falkenberq şəhərində yerləşən “Falkon Alkoxolfri Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə 20:30-da başlanacaq.