Azərbaycan qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
- 13:45
- 35
"Formula 1" üzrə 10-cu Azərbaycan qran-prisini izləmək üçün Bakıya 120-dən çox ölkədən azarkeş gəlib.
Bu barədə Rekord.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bu il 17 mindən çox xarici azarkeş yarışı tribunalardan izləyib. Bu, "Formula 1"in Bakıda keçirildiyi müddətdə qeydə alınan ən yüksək göstəricidir.
Qran-pri üçün satışa çıxarılan bütün biletlər satılıb. Dörd gün ərzində ümumilikdə 92 minə yaxın ziyarət qeydə alınıb.
Xatırladaq ki, Azərbaycan qran-prisinin qalibi "Mersedes" pilotu Corc Rassell olub.